Slimfit
  1. MEDİA

AMEA-nın prezidenti Kubanın ölkəmizdəki səfiri ilə görüşüb

AMEA-nın prezidenti Kubanın ölkəmizdəki səfiri ilə görüşüb
Sakura

AMEA-nın prezidenti Kubanın ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Kuba Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondo ilə görüşüb.

Akademik Akif Əlizadə qonağa Akademiyanın yaranma tarixi və AMEA-nın prioritet elmi istiqamətlərdə fəaliyyətindən danışıb. Azərbaycan alimlərinin MDB ölkələri, eləcə də Avropanın aparıcı elmi mərkəzlərində mühüm elmi layihələrə rəhbərlik etdiyini, o cümlədən AMEA-nın elmi müəssisələrəndən doktoranların həmin mərkəzlərdə təcrübə keçdiyini səfirin diqqətinə çatdırıb.

 Səfir Alfredo Nieves Portuondo səmimi qəbula görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib. Diplomat  ölkəsinin tarixi, coğrafi mövqeyi, elm və təhsil sahəsindəki uğurları və mədəniyyəti barədə geniş məlumat verib. Ölkələrimiz arasında elm və təhsil sahəsində əlaqələrinin inkişaf etdirilməsinin önəminə toxunan səfir bunun üçün yaxşı imkanların olduğunu vurğulayıb.

 Səfir ölkəsinin səhiyyə sahəsində uğurları ilə dünyada məşhur olduğunu bildirib. Qeyd edib ki, Kubanın müvafiq elmi instituları ilə tibb və biotexnologiya sahəsində əməkdaşlıq üçün yaxşı potensial mövcuddur.

 Vaxtilə neft-qaz sahəsində Azərbaycanın geniş təcrübəsindən faydalanmaq məqsədilə kubalı tələbələrin Azərbaycana təhsil almaq üçün gəldiyini deyən diplomat, hazırda onların öz ölkəsində bu sahəyə peşəkar kadr kimi böyük töhfələr verdiyini də söyləyib.

Görüşdə tərəflər arasında müxtəlif elmi sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib.

AMEA prezidenti Kuba ilə elmi əlaqələrin artırılmasına, eləcə də biotexnologiya sahəsində əməkdaşlıqda maraqlı olduğunu deyib. Səfir isə öz növbəsində diplomatik fəaliyyəti dövründə AMEA ilə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Tərəflər həmçinin hər iki ölkənin elmi qurumları arasında anlaşma memorandumunun hazırlanması və gələcəkdə bununla bağlı görüşlər keçirməyin vacibliyini vuğulayıblar.

Sonda səfir Alfredo Nieves Portuondo və akademik Akif Əlizadə bir-birlərinə  xatirə hədiyyələri təqdim ediblər.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva və İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyev iştirak ediblər.

     

AMEA Rəyasət  Heyətinin aparatı

İctimaiyyətlə əlaqələr və elmin

populyarlaşdırılması idarəsi

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Əlaqə:

(012) 497 53 81

pr@science.az

pr.amea.rh@gmail.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR