Slimfit
  1. MEDİA

AMEA-nın prezidenti, akademik Akif Əlizadə illik Ümumi yığıncağın yekunlarına dair görüş keçirib

AMEA-nın prezidenti, akademik Akif Əlizadə illik Ümumi yığıncağın  yekunlarına dair görüş keçirib
Sakura

AMEA-nın prezidenti, akademik Akif Əlizadə illik Ümumi yığıncağın yekunlarına dair görüş keçirib

Mayın 7-də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə AMEA Rəyasət Heyəti aparatının məsul əməkdaşları ilə görüşüb. Tədbirdə akademik Akif Əlizadə AMEA-nın ötən həftə keçirilən Ümumi yığıncağının yekunlarından bəhs edib. Yığıncaqda müxtəlif dövlət qurumları və ali təhsil müəssisələri rəhbərlərinin, AMEA-nın həqiqi və müxbir üzvlərinin, institut və təşkilatlarının direktorlarının iştirak etdiyini vurğulayan akademik hesabatın AMEA-nın üzvləri və elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.

AMEA rəhbəri ötən il akademiyada aparılan innovativ və multidisiplinar tədqiqatlar, elmin inkişafının əsas hərəkətverici qüvvəsi olan elmlə təhsilin inteqrasiyası, yüksəkixtisaslı kadr hazırlığı, beynəlxalq elmi əlaqələrin inkişafı, elmi tədqiqat fəaliyyətinin əlaqə­lən­dirilməsi sahəsində əldə olunan nəticələrin əhəmiyyətini qeyd edərək bildirib ki, Akademiyanın qarşısına qoyduğu əsas hədəf elmdə innovativ nailiyyətlərin əldə olunmasına öz töhfələrini verməkdir. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının qloballaşan dünyanın dayanıqlı inkişaf hədəflərinə doğru inamla addımladığını deyən AMEA prezidenti həmçinin ictimaiyyətlə əlaqələr və elmin təbliği, elmi-təşkilati və digər istiqamətlərdə də görülən işlərin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hər zaman elmi ictimaiyyətə dəstək olduğunu deyən akademik ötən il də ölkə başçısının elmlə bağlı bir  sıra fərman və sərəncamlar imzaladığını xatırladıb, bunu elmə diqqət və qayğının növbəti göstəricisi kimi ifadə edib. Dövlət başçısının müvafiq sərəncamı ilə yaradılan AMEA Yüksək Texnologiyalar Parkının fəaliyyətinə də toxunan A.Əlizadə Parkın öz fəaliyyət istiqamətlərini genişləndirdiyini, burada innovasiya mәhsullarının və yüksək texnologiyaların, həmçinin strateji əhəmiyyətli məhsulların hazırlanması, tədqiqatların nəticələrinin bir sıra sahələrə tətbiqi istiqamətində mühüm nəticələr əldə edildiyini diqqətə çatdırıb.

AMEA-nın 2018-ci ildəki beynəlxalq elmi əlaqələrindən də danışan akademik Akif Əlizadə bir sıra xarici ölkələrin elmi müəssisələri ilə əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə davam etdirildiyini, mühüm sənədlərin imzalandığını, qarşılıqlı səfərlərin təşkil edildiyini qeyd edərək, bu kimi tədbirlərin elm diplomatiyasının inkişafında vacib amillərdən olduğunu söyləyib.

Akademik Akif Əlizadə həyata keçirilən işlərin daha yüksək templə davam etdirilməsinin qarşıya qoyulan əsas vəzifələrdən olduğunu bildirib. Sonda AMEA prezidenti AMEA-nın Ümumi yığıncağının təşkilində iştirak etmiş Rəyasət Heyətinin əməkdaşlarına, alimlərə təşəkkürün bildirib, bundan sonrakı fəaliyyətlərində uğurlar diləyib.

Tədbirdə AMEA-nın akademik-katibi vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, AMEA-nın elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri və digərləri çıxış ediblər. Natiqlər görüşün təşkilinə və əməkdaşların fəaliyyətinə verilən yüksək dəyərə görə akademik Akif Əlizadəyə təşəkkürlərini bildiriblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR