Slimfit
  1. MEDİA

AMEA-nın müxbir üzvü Zeynal Əkpərov: “Narın Canlı Təbiət Muzeyi”nin yaradılmasına zərurət var”

AMEA-nın müxbir üzvü Zeynal Əkpərov: “Narın Canlı Təbiət Muzeyi”nin yaradılmasına zərurət var”
Sakura

AMEA-nın müxbir üzvü Zeynal Əkpərov: “Narın Canlı Təbiət Muzeyi”nin yaradılmasına zərurət var”

Bu sözləri AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Göyçay şəhərində keçirilən “Nar bitkisi və məhsullarının multidissiplinar problemləri” mövzusunda respublika elmi-praktiki konfransında deyib.

  Alim bildirib ki, narın zəngin genetik müxtəlifliyinin cəmləşdiyi, onun üçün tam əlverişli olan geniş ərazidə bu bitkinin yerli və introduksiya sort və formalarının toplanıldığı “Narın Canlı Təbiət Muzeyi”nin – milli genofond bağının yaradılmasına zərurət vardır.

Burada canlı kolleksiyalarla yanaşı, narla bağlı bütün mövcud olan maddi-mədəniyyət nümunələri nümayiş etdirilə bilər. Bu canlı muzey nara aid bütün nailiyyətlərin sərgisi olmaqla yanaşı, onun təbliği, gənc tədqiqatçılar, həvəskar bağbanlar və fermerlər üçün təlim, yerli və xarici qonaqlar, turistlər üçün aqroturizm və istirahət mərkəzi kimi də fəaliyyət göstərə bilər.

 

 

AMEA Rəyasət  Heyətinin aparatı

İctimaiyyətlə əlaqələr və elmin

populyarlaşdırılması idarəsi

İctimaiyyətlə əlaqələr şöbəsi

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR