Slimfit
  1. MEDİA

AMEA-nın Humanitar Elmlər Bölməsinin Büro iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin Büro iclası keçirilib
Sakura

AMEA-nın Humanitar Elmlər Bölməsinin Büro iclası keçirilib

Dekabrın 18-də Azərbaycan Milli Elmlər Akademiyası Humanitar Elmlər Bölməsinin Büro iclası keçirilib. Tədbirdə Büro üzvləri, müvafiq elmi müəssisələrin rəhbərləri, elmi katibləri və aidiyyəti üzrə əməkdaşlar iştirak ediblər.

Bölmənin akademik-katibi, akademik Teymur Kərimli iclası giriş sözü ilə açaraq iştirakçıları gündəliklə tanış edib.

Dövlət başçısının “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi haqqında” Sərəncamından danışan akademik bildirib ki, elmi tədqiqatlar haqqında məlumat bazasının yaradılması, elmi informasiyanın əlçatanlığının təmin edilməsi və digər məsələlər üçün vahid elektron məlumat sisteminin yaradılması çox əhəmiyyətlidir. Bu həmçinin tədqiqat işlərinin plagiatlığının yoxlanılması istiqamətində önəmli rol oynayacaq.

Sonra elmi-təşkilati məsələlərə baxılıb. Müvafiq elmi müəssisələr üzrə elmlər doktoru hazırlığı istiqamətində bir neçə dissertasiya mövzusunda dəyişiklik edilib.

Tədbirdə kadr məsələləri müzakirə olunub. Bölmə sənətşünaslıq üzrə fəlsəfə doktoru Namiq Abbasovun Memarlıq və İncəsənət İnstitutunun ümumi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilməsi ilə bağlı AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılmasını qərara alıb. Filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri vəzifəsinə təsdiq edilib. Həmçinin bölmənin elmi müəssisələri üzrə digər kadr məsələsi ilə bağlı qərarlar qəbul olunub.

Sonra cari məsələlərə baxılıb. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illik yubileyi münasibətilə AMEA-nın müxbir üzvü Tehran Mustafayevin AMEA-nın Fəxri fərmanına layiq görülməsi ilə bağlı Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.

Tədbirdə Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun "Müasir türk ədəbi dillərinin ortaq terminologiyasının mənbələri və söz yaradıcılığının inkişaf meyilləri" adlı qrant layihəsi ilə bağlı müzakirə aparılıb, müvafiq qərar qəbul edilib.

 

AMEA Rəyasət  Heyətinin aparatı
Mətbuat və informasiya idarəsi
İctimaiyyətlə əlaqələr
şöbəsi – Mətbuat xidməti

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR