Dərc edildi: Baxış sayı: 536
AMEA Mərkəzi Nəbatat Bağının tədqiqatçısının məqaləsi Beynəlxalq bazalara daxil olan jurnalda dərc olunub
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Tubuxanım Qasımzadənin “ПУСТЫННАЯ РАСТИТЕЛЬНОСТЬ ШИРВАНА (АЗЕРБАЙДЖАН)” adlı məqaləsi РИНЦ və Agrees bazalarına daxil olan “Бюллетень науки и практики“ ”Bulletin of Science and Practice” adlı jurnalda (Т. 6. №4. 2020) dərc olunub.
Məqalədə Azərbaycanın Şirvan zonasının Aran hissəsinin səhra bitkiliyi təhlil edilmişdir. Tədqiqatların nəticəsində Şirvan zonasında səhra bitkiliyinin zonal xarakterli olduğu və 2 formasiya sinfi, 6 formasiya və 19 assosiyasindan ibarət olduğu müəyyən olunmuşdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət