Slimfit
  1. MEDİA

AMEA Mərkəzi Nəbatat Bağının əməkdaşları Aerokosmik Zondlama vasitəsilə meşələrin kompleks monitorinqini həyata keçirir

AMEA Mərkəzi Nəbatat Bağının əməkdaşları Aerokosmik Zondlama vasitəsilə meşələrin kompleks monitorinqini həyata keçirir
Sakura

AMEA Mərkəzi Nəbatat Bağının əməkdaşları Aerokosmik Zondlama vasitəsilə meşələrin kompleks monitorinqini…

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağının əməkdaşları xüsusi karantin rejimi şəraitində Aerokosmik Zondlama Məlumatları və Coğrafi İnformasiya Sistemlərinin tətbiqi ilə meşələrin  kompleks monitorinqini həyata keçirir. Belə ki, aparılan tədqiqatlar hesabına Aerokosmik Zondlama texnologiyalarının geniş imkanları sayəsində, meşələrin vəziyyətini, inkişaf dinamikasını, xlorofil tərkibini və s. qiymətləndirmək mümkündür.

Bu barədə “Ens.az”a AMEA-nın Mərkəzi Nəbatat Bağı İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verilib.

Tədqiqat ərazisi olan Samur-Yalama Milli Parkında meşə və kolluq bitkiliyinin inkişaf dinamikası öyrənilmiş, antropogen təsirə məruz qalan ərazilər müəyyən edilmişdir. Tədqiqatların nəticələri əsasında meşə ekosistemində baş verən proseslərə təbii və antropogen amillərin təsir dərəcəsi qiymətləndirilmişdir. 

Əldə olunan elmi yeniliklər gələcək proseslərin proqnozlaşdırılmasında və ümumilikdə biomüxtəlifliyin davamlı idarəedilməsi və qorunması ilə bağlı yeni strategiyaların işlənib hazırlanmasında mühüm rol oynayacaqdır. 

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR