Slimfit
  1. MEDİA

AMEA Mərkəzi Nəbatat Bağının alimi Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü seçilib

AMEA Mərkəzi Nəbatat Bağının alimi Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü seçilib
Sakura

AMEA Mərkəzi Nəbatat Bağının alimi Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü seçilib

AMEA Mərkəzi Nəbatat Bağının Ağac və kol bitkiləri laboratoriyasının müdiri, Biologiya üzrə elmləri doktoru, professor Elman İsgəndər Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) müxbir üzvü seçilib.

Respublikada əldə olunan nailiyyətlərin xarici ölkələrdə təbliğində aktib rol oynayan alim elm sahəsindəki xidmətlərinə və Rusiya Təbiət Elmləri Akademiyası ilə fəal  əməkdaşlığına əsasən akademik diplomuna layiq görülüb. 

Elman İsgəndər bu il RTEA-nın 25 illiyi münasibəti ilə keçirilən konfrans, sərgi və müsabiqlərdə fəal iştirak edib.

Qeyd edək ki, tədqiqatçı tərəfindən  Azərbaycan florasına aid  nadir və nəsli kəilməkdə olan ağac və kol bitkilərinin bioekoloji xüsusiyyətləri, introduksiyası, morfogenezi, reproduksiya və reintroduksiyası in situ və ex situ şəraitində müqayisəli şəkildə tədqiq edilmiş, həmin bitkilərin areallarının kiçilmə səbəbləri aşkar edilərək onların təhlükə kateqoriyaları müəyyənləşmisi və mühafizə edilmələri üçün təkliflər verilmişdir. 

Həmçinin, Elman İsgəndər Botanika ixtisası üzrə 155 elmi əsərin və 8 kitabın müəllifidir. Alimin çoxsaylı elmi əsərləri rus və ingilis dillərində nüfuzlu jurnallarda dərc olunub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR