AMEA Mərkəzi Nəbatat Bağında abadlıq işləri son sürətlə davam etdirilir
AMEA Mərkəzi Nəbatat Bağında abadlıq işləri son sürətlə davam etdirilir
Mərkəzi Nəbatat Bağının baş direktoru Natiq Allahrevdiyev, icracı direktor Həsən Babayevin nəzarəti altında aparılan abadlıq işləri uğurla davam etdirilr. Belə ki, aparılan abadlıq işləri sayəsində Bağ ərazisində səliqə-sahman işləri aparılır, hər gün təmizlik işləri görülür, ağac və kolların mövsümi budanması həyata keçirilir, dekorativ bəzək bitkiləri əkilir, mövcud yaşıllıqlara lazımi aqrotexniki qulluq göstərilir.
Həmçinin, Bağ ərazində ziyanverici həşərat və xəstəliktörədicilərin yayılması nəzərə alınaraq genişmiqyaslı mübarizə tədbirləri həyata keçirilir. Belə ki, həmişəyaşıl ağacların gövdələrində ziyanverici həşərat və xəstəliktörədicilərə qarşı dərmanlamada “Ultimatum” adlı pestisitdən istifadə olunur. Qeyd edək ki, ağaclarda gövdə qurdunun yayılmasının əsas səbəbi illərlə Bağın baxımsız qalması və düzgün aqrotexniki qulluğun göstərilməməsidir.
Estetik baxımdan müasirləşdirilən Bağda bütün abadlıq işləri böyük zövqlə həyata keçirilir. Aparılan tədbirlərin əsas məqsədi ziyarətçilərin daha yaxşı dincəlməsi və Bağa xaricdən gələn qonaqlar bu gözəlliyi görə bilməsidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət