Slimfit
  1. MEDİA

AMEA Mərkəzi Elmi Kitabxanasında “Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi keçirilib

AMEA Mərkəzi Elmi Kitabxanasında “Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi keçirilib
Sakura

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin təşkilatçılığı ilə Heydər Əliyev lektoriyasının “Heydər Əliyev və Nizami Gəncəvi irsi” adlı növbəti keçirilib

Magistr, doktorant və dissertantların iştirak etdiyi lektoriyanı giriş sözü ilə açan AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, professor Məmməd Əliyev bildirib ki, Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirmiş və şeiriyyəti görünməmiş yüksəkliklərə qaldırmışdır. Qeyd edilib ki, dahi şairin irsinin tədqiqi və təbliğində ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə əsaslı dönüş yaranmışdır. Klassik irsimiz və böyük dahilərimizə qiymət verməyi bacaran ulu öndər Heydər Əliyev Nizami Gəncəviyə xüsusi rəğbət bəsləyib. Fenomen şəxsiyyət Heydər Əliyev siyasi məktəbinin varisi və layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu missiya uğurla davam etdirilir. 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi nizamişünaslıq elmini daha da irəli aparmağa geniş imkanlar yaradır. Direktor qeyd edib ki, “Nizami Gəncəvi İli” çərçivəsində AMEA MEK tərəfindən tədbirlər planı hazırlanıb. Plana əsasən MEK-in rəsmi saytında Nizami Gəncəvinin MEK-də mövcud olan əsərlərindən ibarət “Nizami Gəncəvi İli” adlı elektron baza yaradılıb, kitablardan ibarət videoslaydlar hazırlanıb. Hazırda isə MEK tərəfindən Nizami Gəncəvi biblioqrafiyasının çapa hazırlandığı və irəlidə silsilə tədbirlərin olacağı da vurğulanıb.

Sonra Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin “Heydər Əliyev və Nizami Gəncəvi irsi” mövzusunda geniş məruzəsi dinlənilib. Akademik adı ictimai fikir tarixinə qızıl hərflərlə yazılmış ümumilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, ədəbiyyatına və mənəviyyatına qayğı və diqqət yetirən, himayə edən böyük şəxsiyyət olduğunu xüsusi vurğulayıb. Qeyd olunub ki, Heydər Əliyev Nizami, Nəsimi, Füzuli, M.F.Axundov, M.Ə.Sabir, C.Məmmədquluzadə və digər ədiblərimizin əsərlərinə dərindən bələd idi. Məruzəçi qeyd edib ki, şairin məşhur “Xəmsə”si, insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutur. Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” Qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açmışdır. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir. Dahi rəhbər Heydər Əliyev  Bakıda metronun «Nizami» stansiyasının tikilişinə,  həmçinin şairin doğma yurdu Gəncədə Nizami məqbərəsinin yenidən qurulub, onun adına layiq inşa olunması ilə  əlaqədar göstəriş vermiş və işin gedişi ilə şəxsən maraqlanmışdır. Bildirilib ki, Ümummilli Lider Nizami irsinin daha yaxşı öyrənilməsi üçün AMEA-da xüsusi nizamişünaslıq şöbəsi yaratmış, respublikanın görkəmli nizamişünas alimlərini oraya cəlb etməyə nail olmuşdur.

Akademik qeyd edib ki, Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilib. Bu il dahi şairin 880 illik yubileyi ərəfəsində ölkə Prezidenti İlham Əliyev tərəfindən 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunması dünya miqyaslı qüdrətli sənətkarın irsinin təbliği və tədqiqi üçün Azərbaycan ziyalılarını yenidən səfərbər olmağa çağırdı.

Sonda akademik Teymur Kərimli MEK-in təşəbbüsü ilə  ümummilli lider Heydər Əliyevin zəngin irsinin ətraflı öyrənilməsi və təbliği məqsədi ilə keçirilən lektoriyaların əhəmiyyətindən danışıb və  xatirə kitabına ürək sözlərini yazıb.

AMEA Mərkəzi Elmi Kitabxanasının

İctimaiyyətlə əlaqələr şöbəsi

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR