AMEA Mərkəzi Elmi Kitabxanasına dövlətçiliyə aid yeni nəşrlər daxil olub
AMEA Mərkəzi Elmi Kitabxanasına dövlətçiliyə aid yeni nəşrlər daxil olub
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinə yeni və dəyərli nəşrlər daxil olub.
Nəşrlər sırasında “Prezident İlham Əliyev və Azərbaycanda təhsilin inkişafı - 2003-2008”, “Ömrün üç günü : Naxçıvan 29-31 oktyabr 1996-cı il”, Rasim Süleymanovun "Ulu Öndər Heydər Əliyevin kitab və kitab nəşri haqqında müdrik fikirləri”, “Xatirə kitabı: 44 gün – Tarixi Zəfər”, “Şuşa- tarixi mənbələrdə”, Arzu Əsədin “Və Nida!”, akademik Teymur Kərimlinin “Şuşanamə”si, Tərlan Növrəsli və Nərgiz Əliyevanın lirik musiqisinin müşayiəti ilə “Qarabağıma gəl” kitabı, “Карабах - дорогами победы”, “Réalités sur le Karabagh”, ADA Universitetinin nəşri olan “Liberated-Karabakh” və digərləri öz əhəmiyyəti seçilir.
Təqdim edilən nəşrlərdə dünya şöhrətli siyasi xadim Heydər Əlirza oğlu Əliyevin qayğılarla dolu ömrü, kitab və kitab nəşri haqqında müdrik kəlamları, torpaqlarımızın azadlığı, müstəqil dövlətimizin inkişafı naminə mübarizədə Xalq və onun Liderinin birliyi, sabitlik, inkişaf və qələbə əzminin poetik təcəssümü, eləcə də Şuşanın tarixi, ictimai-siyasi həyatı, incəsənəti və memarlıq abidələri haqqında kitablar, dövrü mətbuatda, dərsliklərdə çap olunmuş zəngin materiallar öz əksini tapıb.
Qeyd edək ki, MEK-də həmin nəşrlərin ənənəvi formada sərgisi də keçirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət