Slimfit
  1. AZƏRBAYCAN

AMEA əməkdaşlarının bir hissəsi işə çıxacaq - Sərəncam

AMEA əməkdaşlarının bir hissəsi işə çıxacaq - Sərəncam
Sakura

AMEA əməkdaşlarının bir hissəsi işə çıxacaq - Sərəncam

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev ölkə ərazisində xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar AMEA əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi haqqında sərəncam imzalayıb.

Ens.az Report.az-a istinadən xəbər verir ki, sərəncamda karantin rejimi müddətində işçilərin onların ümumi sayının 30 faizindən çox olmamaq şərti ilə işə cəlb edilməsinə və zəruri hallarda növbəliliyin tətbiq edilməsinə icazə verildiyi qeyd olunub.

Sərəncamla AMEA-nın bütün elmi müəssisə, təşkilat və xidmətlərinin rəhbərlərinə işə cəlb edilən və edilməyən işçilərin pandemiya və karantin şəraitinin qaydalarına ciddi riayət etmələri, işə cəlb edilən işçilər xidməti vəsiqə və digər zəruri sənədlərlə təmin edilməli, xidməti vəsiqələrdən sui-istifadə hallarına yol verilməməsi üçün tapşırıq verilib.

Sərəncamın icrasına nəzarət AMEA-nın akademik-katibi Əminağa Sadıqova həvalə edilib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR