AMEA-dan yaşı 65-i ötmüş işçilərlə bağlı AÇIQLAMA
“COVID-19-un şiddətli dövründə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 16 nəfərdə virus aşkarlanıb. Onların hamısı sağalıb. Hazırda AMEA-da koronavirus xəstəsi kimi qeydə alınan əməkdaşımız yoxdur”.
Ens.az xəbər verir ki, bu fikirləri Modern.az-a AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli bildirib.
Vitse-prezident yaşı 65-dən yuxarı işçilərin fəaliyyətinə də toxunub:
“Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına əməl etmək borcumuzdur. Yaşı 65-dən yuxarı olan əməkdaşlarımız tədqiqat işlərini evdə davam etdirir və akademiya ilə onlayn əlaqə saxlayırlar”.
İsa Həbibbəyli özünün işə çıxmasına da aydınlıq gətirib:
“Vəzifə təyindatında olan AMEA-nın rəhbər heyəti pandemiya dövrünün şərtlərinə əməl etməklə işə çıxır. Məsafə gözləməklə, tibbi maska taxmaqla qaydalara əməl edir və işimizi davam etdiririk”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət