Slimfit
  1. MEDİA

AMEA-da “Heydər Əliyev və Azərbaycan incəsənəti” mövzusunda respublika elmi konfransı keçirilib

AMEA-da “Heydər Əliyev və Azərbaycan incəsənəti” mövzusunda respublika elmi konfransı keçirilib
Sakura

AMEA-da “Heydər Əliyev və Azərbaycan incəsənəti” mövzusunda respublika elmi konfransı keçirilib

Aprelin 19-da Azərbaycan Milli Elmlər Akademiyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Heydər Əliyev və Azərbaycan incəsənəti” mövzusunda respublika elmi konfransı keçirilib.

AMEA-nın Humanitar Elmlər Bölməsinin və Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə baş tutan tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açıb. O, “Heydər Əliyev İli” çərçivəsində AMEA institutlarında və regionlarda keçirilən və nəzərdə tutulan tədbirlər və nəşr ediləcək elmi əsərlər barədə məlumat verib. Bildirib ki, Akademiyada Ümummilli Liderə həsr olunan silsilər tədbirlər davam etdirilir. Mayın 1-də isə Heydər Əliyevə həsr olunmuş AMEA-nın Ümumi Yığıncağının Xüsusi iclasının təşkili nəzərdə tutulub. Akademik İsa Həbibbəyli Ulu Öndər Heydər Əliyevə həsr olunan həmin zirvə tədbirində AMEA ilə strateji tərəfdaş olan ölkələrin Elmlər Akademiyalarının rəhbərlərinin də iştirak edəcəyini diqqətə çatdırıb.

“Heydər Əliyev elə bir dahi şəxsiyyətdir ki, onun fəaliyyətinin hər bir sahəsinin xüsusi öyrənilməsinə, geniş tədqiq olunmasına və xalqa yenidən elmi əsaslarla çatdırılmasına ehtiyac var”, - deyə bildirən AMEA rəhbəri “Heydər Əliyev İli” çərçivəsində Akademiya tərəfindən 21 nəşrin çap olunacağını və bunun Azərbaycan HeydərƏliyevşünaslığına AMEA-nın sanballı töhfəsi olduğunu vurğulayıb. Akademik İsa Həbibbəyli artıq 4 kitabın işıq üzü gördüyünü, digər nəşrlərin isə çapa hazırlanma mərhələsində olduğunu söyləyib.

Çapı nəzərdə tutulan nəşrlərdən birinin də Memarlıq və İncəsənət İnstitutu tərəfindən ingiliscə hazırlanan “Heydər Əliyev və Azərbaycan incəsənəti” kitabı olduğunu deyən AMEA prezidenti dövlət əhəmiyyətli nəşrlər sırasında yer alacaq bu kitab vasitəsilə Heydər Əliyevin Azərbaycan incəsənətinin inkişafındakı xidmətlərinin dünyada təbliğ olunacağını vurğulayıb.   

Akademik İsa Həbibbəyli qeyd edib ki, yeni kitablarda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin elmi araşdırma dövrü davam edir və paralel şəkildə sistemli elmi analitik dövrü başlayır. Onun sözlərinə görə, tədqiqatlar sistemli elmi analitik sənədlər əsasında yazılmış qiymətli nəşrlərdir.  

“Ümummilli Lider ədəbiyyata və incəsənətə dərindən bələd olan nadir dövlət xadimlərindən biridir. O, Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoyub”, - deyən alim bildirib ki, Heydər Əliyev sovet hakimiyyəti illərində ədəbiyyat, incəsənət, mədəniyyət vasitəsilə xalqın milli şuürunu oyatmaq, ona öz keçmişini tanıtmaq, azərbaycançılıq ideyasına hazırlamaq işini həyata keçirmişdir. Dahi şəxsiyyət bu əsərlər vasitəsilə xalqı gələcək müstəqilliyə, milli istiqlala hazırlamışdır. Akademik İsa Həbibbəyli bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına, tələblərinə uyğun şəkildə uğurla davam etdirildiyini vurğulayıb.

Çıxışının sonunda AMEA rəhbəri qeyd edib ki, konfransda səsləndirilən fikirlər, aparılan müzakirələr bugünə qədərki tədqiqatları, Ulu Öndərin keçdiyi yolu bir növ yekunlaşdırır və bundan sonrakı dövrün sistemli elmi tədqiqatlar mərhələsinin başlanğıcı modellərini ortaya qoyur.

Daha sonra Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtəgin Salamzadə “Heydər Əliyevə həsr olunmuş yeni rəngkarlıq əsərləri” mövzusunda məruzə ilə çıxış edib. 

Məruzəçi bildirib ki, Ümummilli Liderin müasir Azərbaycanın rəngkarlıq məktəbinin formalaşmasında əvəzsiz rolu olub.  Dahi şəxsiyyətin obrazı azərbaycanlı və xarici rəssamlar tərəfindən dekorativ-tətbiqi sənətin müxtəlif növ və janrlarında işlənilib. Ulu Öndər Heydər Əliyevin obrazını yaradan sənətkarlardanTahir Salahov, akademik Ömər Eldarov, Oqtay Sadıqzadə, Kamil Əliyev, Eldar Mikayılzadə və digərlərinin möhtəşəm rəsm əsərləri yaddaşlara yazılıb.

Ərtəgin Salamzadənin sözlərinə görə, monumental incəsənət, heykəltaraşlıq, qrafika və xalça sənətində Heydər Əliyev şəxsiyyətinin bütün zənginliyini ehtiva edən əsərlər yaradılıb. Bu əsərlərin hər biri Ümummilli Liderin bədii obrazını yeni təcəssüm formalarında əks etdirir.

Konfransda kulturologiya üzrə fəlsəfə doktoru, dosent Namiq Abbasovun “Azərbaycan mədəniyyətində Heydər Əliyev fenomeni”, professor Rəna Abdullayevanın “İlham Əliyev Heydər Əliyevin mədəni siyasətinin varisidir”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ramil Quliyevin “Təsviri sənətdə Heydər Əliyev obrazının simvolik təcəssümü” və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aidə Sadıqovanın “Azərbaycan xalçaçı-rəssamlarının yaradıcılığında Ümummili Liderin obrazı” mövzusunda məruzələri dinlənilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR