Slimfit
  1. MEDİA

AMEA Biologiya və Tibb Elmləri Bölməsinin və Lənkəran Regional Elmi Mərkəzinin Elmi Şurasının birgə iclası keçirilib

AMEA Biologiya və Tibb Elmləri Bölməsinin və Lənkəran Regional Elmi Mərkəzinin Elmi Şurasının birgə iclası keçirilib
Sakura

AMEA Biologiya və Tibb Elmləri Bölməsinin və Lənkəran Regional Elmi Mərkəzinin Elmi Şurasının birgə…

Dekabrın 26-da Lənkəran şəhərində AMEA Biologiya və Tibb Elmləri Bölməsinin və Lənkəran Regional Elmi Mərkəzinin Elmi Şurasının birgə iclası keçirilib. Bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanovun sədrliyi ilə keçən tədbirdə BTEB bürosunun və Lənkəran REM-in Elmi Şurasının üzvləri ilə yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin və müvafiq yerli təşkilatların rəhbər və mütəxəssisləri, Lənkəran Şəhər İcra Hakimiyyətinin rəhbərliyi də iştirak ediblər.

Akademik Əhliman Əmiraslanov iclası giriş sözü ilə açaraq iştirakçıları gündəliklə tanış edib.

Tədbirdə Mərkəzin direktoru, kənd təsərrüfatı elmləri doktoru Fərman Quliyev mərkəzin elmi və elmi-təşkilati fəaliyyətin yekunlarına dair məruzə ilə çıxış edərək müxtəlif elmi istiqamətlərlə bağlı aparılan tədqiqat işləri barədə məlumat verib. Natiq Cənub-Şərqi Azərbaycanda çay və sitrus bitkilərinin sort və formalarının toplanması, qiymətləndirilməsi, yeni sortların yaradılması, yabanı floranın növ tərkibinin müəyyənləşdirilməsi və qiymətləndirilməsinin, eləcə də subtropik qərzəkli, sitrus meyvə bitkilərinin şaxtaya, xəstəlik və zərərvericilərə davamlı yeni sortlarının yaradılması, mövcud sortların öyrənilməsinin, həmçinin Cənub-Şərqi Azərbaycanın arxeoloji abidələrinin sistemli və müasir elmi üsullarla tədqiqinin prioritet istiqamətlərdən olduğunu bildirib. Mərkəzin beynəlxalq əlaqələri haqqında da məlumat verən məruzəçi bildirib ki, hesabat ilində İranın bir neçə elmi tədqiqat institutları ilə əməkdaşlıq əlaqələri qurulub. Əlavə edib ki, əkinçilik, torpaqşünaslıq, biokimya, çay, zeytun, feyxoa və sitrus bitkilərinin yetişdirilməsi sahəsində mütəxəssislərin hazırlanması, elmi-texniki əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi istiqamətlərində müəyyən razılaşmalar əldə edilib.

Məruzə dinlənildikdən sonra müzakirələr aparılıb. Akademik Əhliman Əmiraslanov Lənkəran REM-in növbəti illər üzrə elmi istiqamətləri və mövzu planları haqqından söhbət açaraq bu sahədə Lənkəran Dövlət Universiteti ilə birgə elmi tədqiqat işlərinin aparılmasının vacibliyini vurğulayıb. Yerli kadrların hazırlanmasına ehtiyac olduğunu qeyd edən akademik bu istiqamətdə institutların üzərinə düşən vəzifələrdən danışıb.

Tədbirdə AMEA-nın aqrar məsələlər üzrə müşaviri, akademik Qərib Məmmədov coğrafi informasiya sistemləri əsasında interaktiv elektron torpaq və torpaqların elektron ekoloji qiymət xəritələrinə dair məruzə ilə çıxış edib. Bildirib ki, ərazi üzrə torpaq resurslarının optimal idarəsi üçün mə­kanla bağlı torpaq və torpaq yeri, həmçinin ümumcoğrafi in­for­­masiya haqqında baza məlumatların olduğu sistemin ya­ra­dıl­ması olduqca vacibdir. Akademik ekoloji qiymət xəritələrinin məlumat bazasının yaradılması və idarə edilməsi xüsusiyyətlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.   

İclasda AMEA-nın vitse-prezidenti, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova, Lənkəran Dövlət Universitetinin rektoru,  riyaziyyat elmlər doktoru, professor Natiq İbrahimov, AMEA-nın Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə, Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, AMEA Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov, AMEA-nın müxbir üzvü Elşad Qurbanov, Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru Ulduz Həşimova, Mərkəzi Nəbatat Bağının direktor vəzifəsini icra edən, biologiya üzrə fəlsəfə doktoru Vahid Fərzəliyev, Zoologiya İnstitutunun direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elman Yusifov və başqaları çıxış edərək görülən işlərdən danışıblar. Sonra BTEB-in institutlarının Lənkəran-Astara bölgəsində bu günə qədər apardıqları birgə tədqiqat və gələcək planlar, çayçılıq, tərəvəzçilik, sitrus bitkiləri, çəltikçilik və baramaçılığın inkişafı ilə bağlı dövlət proqramlarının yerinə yetirilməsində Lənkəran REM-in rolu, Lənkəran REM və BTEB-in institutları ilə Lənkəran Dövlət Universiteti, Kənd Təsərrüfatı Nazirliyinin Regional Elm Mərkəzi, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Lənkəran Çayçılıq filialı, Hirkan Milli Parkı, eləcə də digər əlaqədar yerli təşkilatlar arasında əməkdaşlıq əlaqələrinin inkişaf yolları, regionda birgə elmi seminar, simpozium və konfransların təşkili məsələləri haqqında, həmçinin Lənkəran REM-in tədqiqat imkanlarına və təcrübə sahəsinə baxış sahələri üzrə müzakirələr aparılıb, müvafiq tapşırıqlar verilib.

Müzakirələr aparıldıqdan sonra elmi mərkəzin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatının təsdiq edilərək Akademiyanın illik hesabatına daxil edilməsi barədə qərar qəbul edilib.

Tədbirin sonunda AMEA-nın aqrar məsələlər üzrə müşaviri, akademik Qərib Məmmədov və Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov öz əsərlərini Lənkəran REM-ə bağışlayıblar.

 

AMEA Rəyasət  Heyətinin aparatı Mətbuat və informasiya idarəsi İctimaiyyətlə əlaqələr şöbəsi – Mətbuat xidməti

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR