Dərc edildi: Baxış sayı: 394
AMB-nin cəmi aktivləri ötən il 2%-dən çox artıb
2019-cu ilin 31 dekabr tarixinə Azərbaycan Mərkəzi Bankının (AMB) cəmi aktivləri əvvəlki illə müqayisədə 554 810 min manat və ya 2,5% artaraq 22 623 789 min manata çatıb.
Ens.az Apa.az-a istinadən xəbər verir ki, AMB-nin illik hesabatına istinadən verdiyi məlumata görə, bankın cəmi öhdəlikləri isə ötən il 2 435 895 min manat və ya 13,8% artaraq 20 047 412 min manata çatıb.
Hesabat dövründə AMB-nin cəmi kapitalı 1 881 085 min manat və ya 42,2% azalaraq 2 576 377 min manata enib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət