Dərc edildi: Baxış sayı: 388
AMB: Əlavə valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilməyib
Azərbaycan Mərkəzi Bankı (AMB) Bakıda özəl valyutadəyişmə məntəqələrinin fəaliyyət göstərməsinə dair mətbuatda yayılmış məlumatlara münasibət bildirib.
Ens.az "Report"-a istinadən xəbər verir ki, qurumun bununla bağlı yaydığı açıqlamada deyilir:
"Hazırda yalnız banklar və onların filialları, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin filial və şöbələri valyuta mübadiləsi fəaliyyəti hüququna malikdirlər. AMB "Valyuta tənzimi haqqında” qanuna müvafiq olaraq digər hüquqi və fiziki şəxslərə valyuta mübadiləsi fəaliyyətinə lisenziya verməyib. Əgər yuxarıda qeyd olunan təşkilatlardan başqa hər hansısa hüquqi və fiziki şəxs belə fəaliyyətlə məşğul olarsa bu qanunsuzdur".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət