Slimfit
  1. İQTİSADİYYAT

"Amazon"un gəlirləri artıb

"Amazon"un gəlirləri artıb
Sakura

"Amazon", 3-cü rüb üzrə hesabatını açıqlayıb

"Kommersant.az" xəbər verir ki, şirkətin gəlirləri 56,6 milyard ABŞ dolları təşkil edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 29% çoxdur. Həmin vaxt "Amazon"un gəlirləri 43,7 milyard dollar təşkil etmişdi.

Şirkətin mənfəəti 2,9 milyard dollara, yaxud hər səhmə görə 5,75 dollara çatıb. 2017-ci ilin 3-cü kvartalında isə "Amazon"un mənfəəti hər səhmə görə 0,52 dollar, yaxud 256 milyon dollar olub.

Proqnoza görə, 4-cü rübdə şirkətin gəlirləri 66,5-72,5 milyard dollara çata bilər. "Amazon"un mənfəəti isə 3,6 milyardadək arta bilər.

Qeyd edək ki, "Amazon", internet vasitəsilə xidmət və mal satan ən böyük şirkətlərdən hesab olunur. Şirkət 1994-cü ildə Cef Bezos tərəfindən yaradılıb. Cef Bezosun 138 milyard dollarlıq sərvəti var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR