Slimfit
  1. TEXNOLOGİYA

“Amazon” robot-kuryeri test edir

“Amazon” robot-kuryeri test edir
Sakura

“Amazon” evə çatdırılmanı avtonom robot “Scout” ilə test edir

“Amazon” evə çatdırılmanı avtonom robot “Scout” ilə test edir.

Facemark.az xəbər verir ki, məsələ ilə bağlı şirkətin rəsmi saytında qeyd olunub.

Test işləri Vaşinqton, Snoxomiş ətrafında baş verir. Birinci mərhələdə 6 robot iştirak edir. Onlar bağlamaların çatdırlmasını həftə içi (bazar ertəsi-cümə) günləri, yalnız günün işıqlı saatlarında həyata keçirəcəklər.

Onlar hələ ki qaranlıqda görə bilmirlər, amma yolda insanları, heyvanları və digər maneələri müəyyən edə bilir. “Scout” su üçün olan kulerin ölçüsünə və 6 təkərə sahibdir. Onlar “Amazon”un saytı üzərindən olan bağlamanı birbaşa evə qədər çatdıra bilirlər. İlk vaxtlar onun işini “Amazon”un əməkdaşı müşahidə edəcək. Bu çatışmazlıqları aşkar etmək üçün lazımdır.

“Axı robotlar yalnız laboratoriyalarda yoxlanılırdı. Amma şəhərin real küçələrində gözlənilməyən maneələr yarana bilər. Bu halda onlar maneələrin öhdəsindən gəlməyə bilərlər”, - deyə istehsalçılar izah edir. İndiyə qədər internet-mağazanın çatdırılma məsələsinə UPS, FedEx və USPS məşğul olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR