Slimfit
  1. TEXNOLOGİYA

Amazon pulsuz musiqi tətbiqini yaradır

Amazon pulsuz musiqi tətbiqini yaradır
Sakura

Amazon pulsuz musiqi tətbiqini yaradır

“Amazon” şirkəti yaxın gələcək üçün digər musiqi xidmətlərinə rəqib hazırlayır.

TED.az xəbər verir ki, “Amazon Music” adlanan şirkət onlayn musiqi xidmətinin pulsuz versiyasını təqdim edib.

“Amazon”dan ABŞ, İngiltərə və Almaniyadakı tətbiq istifadəçilərinin bu xidmətdən pulsuz istifadə edə biləcəkləri açıqlanıb.

Şirkətin ən böyük rəqibi təxminən 140 milyon istifadəçi sayına sahib olan “Spotify” texnologiyasıdır. Dünyanın ən populyar audiostriminq tətbiqi olan “Spotify”, reklam dəstəkli pulsuz versiyasını və 9,99 dollarlıq reklamsız ödənişli versiyasını ehtiva edən “freemium” modelini təklif edir.

Mütəxəssislərin fikrincə, “Amazon Music”in yaradılması nə “Spotify”, nə də ki premium səviyyəli “Pandora” və ya “Apple Music” kimi pullu tətbiqləri üçün təhlükəli deyil. Çünki “Amazon” tətbiqi daha kiçik musiqi kataloquna sahibdir. Ayrıca, “Amazon Music”, “Spotify Discover Weekly” və digər xüsusi musiqi siyahıları kimi funksiyaları dəstəkləyən personalizasiya texnologiyası baxımından o qədər də inkişaf etdirilməyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR