Dərc edildi: Baxış sayı: 553
"Amazon" ötən il 10,1 mlrd. dollar xalis gəlir əldə edib
"Amazon" korporasiyası 2018-ci ilin yekunu üzrə 10,1 mlrd. dollar məbləğində xalis mənfəət əldə edib.
TASS-a istinadən xəbər verilir ki, bu barədə məlumat cümə axşamı şirkətin hesabatında yer alıb.
31 dekabr 2018-ci tarixində başa çatan 12 aylıq dövr ərzində göstərilən məbləğ aksiya hesablamasında 20,14 mlrd. dollar təşkil edib, gəlirlər 232,9 mlrd. dollara çatıb.
Hər iki göstərici 2017-ci ilin göstəriciləri ilə müqayisədə əhəmiyyətli dərəcədə artım nümayiş etdirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət