Slimfit
  1. İQTİSADİYYAT

Amazon Nyu Yorkda 4-ulduz dükanı açıb

Amazon Nyu Yorkda 4-ulduz dükanı açıb
Sakura

Amazon Nyu York şəhərində saytında ən populyar olan malların satıldığı dükan açıb

Amazon Nyu York şəhərində saytında ən populyar olan malların satıldığı dükan açıb.

Lukas Konz, Nyu Yorkun almaniyalı sakini: “Yoldan keçərkən dükanı gördüm və daxil oldum. Çox təəccübləndim. İlk gördüyümdə, adın nə məna verdiyini anlamadım. Biraz düşündükdən sonra başa düşdüm ki, burada satılan hər məhsul saytda 4 ulduzdan çox alandır.”

Dükan Nyu York sakinlərinin Amazon saytından ən çox bəyəndikləri məhsulları satır.

Emi Simer, Manhetten sakini: “Düşünürəm ki, onlar bu məkanı çox səmərəli istifadə edirlər. Bura çox canlıdır. Çox xoş ab-hava var. Buralarda bu cür dükanlar xeyli müddətdir yox idi. Onlar bir-birinin ardınca bağlanırdılar. Ona görə, bu dükan qarşıma çıxanda həvəslə daxil oldum. Mən dükan alış-verişini çox sevirəm.”

Bütün bu məhsulların üzərində interaktiv rəqəmsal qiymət nişanı yerləşdirilib. Bunun sayəsində Amazon-un loyallıq klubu olan Prime üzvləri həmin məhsulun həmin ana vebsəhifədə olan ən ucuz qiymətinə ala bilirlər

Stefan Zabel, Nyu Yorkun almaniyalı sakini: “Düşünürəm ki, məhsulları gözlə gəzmək üçün əla yerdir. Xüsusən də, dükana daxil olanda artıq İnternetdə gördüyünüz məhsullar qarşsınıza çıxanda bunu anlayırsınız. İnternetdən fərqli olaraq, burada məhsullara toxuna bilərsən. Məhz ona görə də bu gözəl təşəbbüsdür.”

Üzv olmayanlar bu dükanda daha çox pul ödəməli olacaq. Ya da ki, elə onlar dükandaca Prime üzvü ola bilərlər. Amazon-un onlarla kitab dükanı eyni cür çalışır.

Qida məhsulları Amazon üçün digər vacib bir biznes kateqoriyadır. Şirkət keçən il 14 milyard dollar ödəyərək Whole Foods supermarket şəbəkəsini alıb. Bununla da Amazon müştərilərinə təzə qida çatdırır.

Həmçinin şirkət kassasız dükanlar şəbəkəsi yaymaq üzrədir. Amazon Go adlı dükanlarda insənlar istədikləri məhsulu götürüb, kassada dayanmadan dükandan çıxa bilərlər. Daha sonra isə həmin məhsulun qiyməti müştərinin ödəniş kartından çıxır.

Mənbə: Amerikanınsəsi.org

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR