Slimfit
  1. DÜNYA

Amazon növbəti mağazası ilə pərakəndə sektorunda yeni tendensiya başladır

Amazon növbəti mağazası ilə pərakəndə sektorunda yeni tendensiya başladır
Sakura

Amazon növbəti mağazası ilə pərakəndə sektorunda yeni tendensiya başladır

E-ticarət nəhəngi “Amazon” etdiyi bir açıqlamada növbəti mağazasını yeni bir konsepsiyada açacağını elan edib. “Amazon 4 – star” adı ilə açılacaq yeni mağaza, Amazon – un saytında satılan trend olan və ən yüksək xal qazanmış məhsulların satışını həyata keçirəcək. Eyni zamanda saytda ən yüksək xal qazanmış satıcıların da məhsulları mağazada satılacaq.

Amazon şirkəti gəlir artımını davam etdirmək üçün fiziki mağazaları açar hesab edir. Şirkət, bu il ABŞ – da onlayn satışların 49.1% - nə sahib olacaq, ancaq bu göstərici bütün pərakəndə ekosisteminin sadəcə 4.9 % - ni təşkil edir. Bu səbəbdən də şirkət onlayn kanallarla yanaşı ənənəvi mağazalara da inteqrasiya etməyə çalışır.

Həftənin 7 günü xidmət göstərəcək olan mağazanın ilk destinasiyası Nyu Yorkdayerləşən məşhur SoHo bölgəsi olacaq. “Amazon 4 – Star” – da cihazlar, mətbəx əşyaları, oyuncaqlar, kitablar və oyunlar yer alacaq. Bütün məhsullar saytda istifadəçilərin 4 ulduz və daha çox xal verdikləri, çox satılan və ya trend olmuş məhsullar olacaq.

 

Mənbə: Banco.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR