Slimfit
  1. DÜNYA

“Amazon” dünyanın ən böyük reklamverəni oldu: 2019-cu ildə şirkət reklama $11 mlrd. xərcləyib

“Amazon” dünyanın ən böyük reklamverəni oldu: 2019-cu ildə şirkət reklama $11 mlrd. xərcləyib
Sakura

“Amazon” dünyanın ən böyük reklamverəni oldu: 2019-cu ildə şirkət reklama $11 mlrd. xərcləyib

Onlayn riteyler dünyanın ən böyük reklamverəni statusunu qazanıb. Qeyd edildiyi kimi, 2019-cu ildə şirkət reklama 11 milyard dollar xərcləyib ki, bu da qlobal reklam xərclərinin 2%-ni təşkil edir.

Banker.az  “VC.ru”ya istinadən xəbər verir ki, “Amazon” nun  reklam xərcləri 34% artaraq (2,8 milyard dollar) 11 milyard dollara çatıb. Son on il ərzində şirkət reklam xərclərini 20 dəfə artırıb: 593 milyon dollardan (2009-cu il) 11 milyard dollara qədər (2019-cu il)

İllik hesabatda şirkətin satışlarının 20% artaraq 280,5 milyard dollara qədər artması göstərilib. Marketinq xərcləri 18,9 milyard dollar təşkil edib: 11 milyard dollar reklam xərcləri və 7,9 milyard dollar digər xərclər.

Xatırladaq ki, daha əvvəl dünyanın ən böyük reklamverəni “Procter & Gamble” şirkəti olmuşdur. 2019-cu ildə “P&G” ın reklam xərcləri 350 milyon dollar azalaraq 6,8 milyard dollara qədər düşüb. Marketinqlə əlaqəli olan digər xərclər 19,1 milyard dollar təşkil edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR