Slimfit
  1. AZƏRBAYCAN

Amazon cəngəlliyində ölüm mələyini görmüş azərbaycanlı ovçu"

Amazon cəngəlliyində ölüm mələyini görmüş azərbaycanlı ovçu"
Sakura

Amazon cəngəlliyində ölüm mələyini görmüş azərbaycanlı ovçu"

“Amazonda adrenalin ölüm mələyinin dilinin altındadır, məhz ölüm mələyinin dilinin altından o adrenalini çıxarmaq lazımdır”

Azərbaycanın istedadlı şəxsləri öz bacarıqları, məharətləri, istedadları ilə dövlətimizi dünyada təmsil edirlər. Demək olar ki, müxtəlif sahələr üzrə qazandıqları uğurlarla Azərbaycanın adını dünyada tanıdırlar. Ölkəmizi dünya dövlətləri arasında layiqli şəkildə təbliğ edən həmvətənlərimizdən biri də Faiq Babanlıdır. Faiq Babanlı 20 ildir ki, dünyanın müxtəlif yerlərində peşəkar ovçu kimi tanınır. Onun professional ovçuluq məharəti sayəsində dəfələrlə sənədli filmlər hazırlanıb.

Faiq Babanlı 20 illik ovçuluq təcrübəsi barədə, həmçinin bu illər ərzində başına gəlmiş  ən maraqlı hadisələri Sputnik Azərbaycan-ın oxucuları ilə bölüşüb.

— Cəngəllikdə ov etmək, güllə atmaq çətindir?

— Dünyada yeganə ovçuyam ki, vəhşi heyvanları səsləri ilə çağırıb, yaxına gətirirəm, daha sonra onları 4-5 metr məsafədən vururam. Bu zaman mənim bir gülləm və 2 saniyə vaxtım olur. Ani bir səhv etsəm, artıq hər şey mənim üçün bitmiş ola bilər. Heyvanlar yaradan tərəfindən kodlaşdırılıb. Onlar məhz ona görə heç vaxt səhv edə bilməzlər. Adi insan anlamı var, mən ondan çıxmışam. Çünki mən cəngəllikdən enerji alıram.

— Bu cür həyati təhlükəli işdən necə zövq alırsınız?

— Yaşamağım üçün mənə adrenalin lazımdır. Hər kəs adrenalini bir cür alır, mən də bu cür ekstremal ovçuluqla. Bunun sayəsində özümü xoşbəxt hiss edirəm. Amma cəngəllik insan ruhunu tələb edir. Ora daxil oldunsa, sanki ruhunu səndən almaq istəyir. Bunu ancaq yaşamaq lazımdır, sözlə ifadə etmək mümkün deyil.

— Ailədə ilk ovçusunuz? Yoxsa kiminsə yolunu davam etdirirsiniz?

— Ailədə ilk ovçu mənəm. Hətta nəinki ailədə, Azərbaycanda dünya miqyaslı ovçu olduğumu deyə bilərəm. Bu sənət ilə 20 ildir məşğulam. Dünyanı gəzmişəm və bir çox ovçunun bacarmadığı ovları reallaşdırmışam. Bir sözlə, mənim yaşamağım üçün bu cür ovlara getməyim lazımdır. Hətta ölüm mələyini də görmüşəm.

 — Ölüm mələyini?

— Bəli. Amazona daxil olub, ölüm mələyini hiss etməmək mümkün deyil. Oranın qəribə bir aurası var. Amazonda adrenalin ölüm mələyinin dilinin altındadır. Məhz ölüm mələyinin dilinin altından o adrenalini çıxarmaq lazımdır. Mən də bunu sevirəm. Mən qorxmuram, məhz qorxunu hiss etmək üçün həmin ərazilərə gedirəm.

— Siz də kifayət qədər vəhşi heyvanlar ovlamısınız. Onların ruhu sonradan sizi narahat etmir?

— İnsan kimi hər bir canlını idarə edən müəyyən qüvvə var. Sadəcə mən onlardan qorxmuram, çünki məndən zəifdirlər. Bir yaradandan başqa, bütün yaradılanlar mənim üçün zəifdir.

— Vəhşi heyvanlardan ən çətin ovlanan hansıdır?

— Bütün vəhşi heyvanları ovlamaq çətindir. Xüsusilə Amazonda. Afrikada çöllük olduğu üçün ətrafı görmək asan olur. Amma Amazonda vəziyyət daha çətindir. Oranın sakinləri hər addımını görür. Sən isə onları görə bilmirsən. Ən qorxulusu yaquardır. O, tək yaşayır. Ancaq cütləşmə dövründə dişisi erkəyini axtarıb tapır.

— Amazon cəngəlliyinə necə keçirsiniz? Orada yaşayan qəbilələr sizə necə icazə verirlər?

— Dünyanın hər yeri nəzarətdədir. Amazon cəngəlliyinə daxil olmaq üçün öncə o qəbiləyə gəlib çatmaq lazımdır. Ondan sonra qəbilə başçısı gələn insanın gözündən oxuyur ki, bu peşəkar ovçudur, yoxsa yox. Daha sonra qəbilə başçısı həmin insanın nə qədər güclü olduğunu sınamaq üçün Amazona daxil olmağa icazə verir. Cəngəlliyə gedənin də insanı tanımaq qabiliyyəti olmalıdır ki, qəbilədən daha yaxşı yol göstərə bilən bir neçə nəfəri seçə bilsin. Həm də onlarla rəftarı bilməlisən. Əks halda, sənə tabe olmayacaqlar, bu da Amazon cəngəlliyində sənin ziyanına işləyə bilər. Ov etməyə icazə verdiklərinə görə onlara, ov güllələri hədiyyə edirik.

— Ovladığınız heyvanların ətini yeyirsiniz?

— Adətən böyük heyvanlar vururuq. Onların ətini isə yerli camaata veririk. Bu, oranın qanundur.

— Siz qaydasız döyüşlə də məşğulsunuz. Bu cür çətin ovları reallaşdırmaq üçün idmanla məşğul olmaq vacibdir?

— Sağlam bədən olmalıdır ki, çətinliklərdən çıxmaq mümkün olsun. Mən də çalışıram, sağlam həyat yaşayım.

— Yaxın günlərdə səyahətiniz gözlənilir?

— Yenidən Cənubi Afrikaya səyahət planlaşdırıram. Eyni zamanda yaxın aylarda Amazona yenidən səfərim olacaq. Ancaq cəngəllikdən zövq alıram.

Mənbə: Sputnik

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR