Slimfit
  1. İDMAN

Alvaro Neqredo "Beşiktaş"ı tərk edir

Alvaro Neqredo "Beşiktaş"ı tərk edir
Sakura

Alvaro Neqredo "Beşiktaş"ı tərk edir

"Beşiktaş"da qalıb-qalmayacağı müzakirə olunan Alvaro Neqredonun taleyinə aydınlıq gəlib. SİA-nın məlumatına görə, daha öncə bir neçə dəfə Neqredo üçün "Beşiktaş"ın qapısını döyən BƏƏ-nin “Əl-Nəsr” klubu dünən futbolçu üçün son təklifini göndərib. “Qara qartallar” ərəb klubunun 1 milyon avroluq təklifini qəbul edib. Baş məşqçi Şenol Günəş də “Mən Neqredonun qalmasının lehinəyəm, amma özü getmək istəyirsə və klub üçün də bu lazımdırsa, edəcək bir şey yoxdur” deyərək, futbolçunun gedişinə razılıq verib.

33 yaşlı futbolçu yeni klubunda ilinə 7 milyon avro qazanacaq. 2017-ci ildən "Beşiktaş"da çıxış edən ispan hücumçu keçirdiyi 33 oyunda 9 qolla yadda qalıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR