Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Altay Abdullaoğlu: körpələri xəstəlikdən necə qoruyaq?

Altay Abdullaoğlu: körpələri xəstəlikdən necə qoruyaq?
Sakura

Pediatr uşaqları qış aylarında yaranan infeksiyalardan qorumaq üçün əhəmiyyətli məsləhətlər verib.

Bu barədə Axar.az-a danışan pediatr Altay Abdullaoğlu bildirib ki, qış aylarında uşaqları mümkün qədər qapalı mühitlərdən uzaq saxlamaq lazımdır:

“Qış aylarında xəstəliklərin tez yayılmasında əsas səbəblərdən biri də balacaların qapalı mühitlərdə daha çox vaxt keçirməyidir. Xüsusilə də övladınız məktəblidirsə, bağçaya gedirsə, bu vəziyyət onu xəstəliklərə qarşı daha müdafiəsiz edir. Buna görə də mümkün qədər övladınızı qapalı, xəstə mühitlərdə çox saxlamayın. Xəstə olduğu zamanlarda məktəbə, bağçaya göndərməyin və digər uşaqlardan uzaq tutun”.

Həkim bildirib ki, valideynlər uşaqların şəxsi gigiyenasına diqqət etməlidir və onların qidasına fikir verməlidir:

“Övladınızın əlini hər yerə toxundurmasına icazə verməyin. Uşaqlarınızın əllərində qalmış mikroblar onun daha tez xəstələnməsinə şərait yaradacaq. Bu səbəblə övladınızın əllərini gün ərzində neçə dəfə yumasına diqqət edin. Maye qəbulunu artırın. Gün ərzində uşaqlarınızın bol maye qəbul etməsini təmin edin. Uşaqlar xəstə olduqları zaman isə bu məqama xüsusi ilə diqqət edin. Xəstə uşaqların iştahaları azaldığından maye qəbulu da azalır. Buna baxmayaraq imkan daxilində övladınızın daha çox maye qəbul etməsini təmin etməlisiniz. Bu ehtiyacı aradan qaldırmaq üçün təzə sıxılmış meyvə suları, bitki çayları (məsələn çobanyastığı) və ballı süd içirə bilərsiniz”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR