Dərc edildi: Baxış sayı: 529
Alp dağlarındakı məşhur Mavi göl quruyaraq Yer üzündən silinib
Alp dağlarında, 1853 metr hündürlükdə yerləşmiş məşhur "Adzurro" gölü (Mavi göl) quruyaraq yoxa çıxıb.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, İtaliyada yerli sakinlər gölün yoxa çıxması barədə xəbəri eşidərkən məyus olublar.
Məlumata görə, buna səbəb havaların rekord dərəcədə isti keçməsi və yağıntının az olması olub. Göl Sondrioa vilayətində yerləşib.
Su hövzəsinin yoxa çıxmasını Marko Puqlize fotokameranın lentinə alıb. Onun çəkdiyi bir neçə fotoda gölün quruduğu əks olunub.
İtalyan şair Cozue Karduçço bir zamanlar onun gözəlliyini tərənnüm edib. Ölkənin Ətraf Mühiti Müdafiə Fondu isə gölü "Unudulması mümkün olmayan yer" siyahısına daxil edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət