Slimfit
  1. MARAQLI

Alovlu göy qurşağı – nadir atmosfer fenomeni

Alovlu göy qurşağı – nadir atmosfer fenomeni
Sakura

Alovlu göy qurşağı – nadir atmosfer fenomeni

Əslində bu nə alov, nə də göy qurşağıdır, lakin bu fenomenin gözəlliyi insanı heyran edir.

Bu fenomeni yanğındakı kimi forma və yumşaq göy qurşağı rənglərinə görə “alovlu göy qurşağı” adlandırırlar.  Elmdə o üfüq ətrafı qövs kimi tanınır – atmosferin yuxarı sahələrində düz altıbucaqlı buz kristallarının yığılması zamanı formalaşan parlaqlıqdır.

Bəzən göy qurşağı üfüqlə elə birləşir ki, bunun da sayəsində “üfüq ətrafı qövs” adının necə formalaşdığı aydın olur.

Belə fenomen əsasən yayda və ancaq bəzi en dairələrində baş verir. O günəşin göydə yüksəkdə olduğu və işığın buz parçalarından (prizma kimi) sınması zaman yaranır.

Lakin alovlu göy qurşağını nadir halda görürlər, çünki işıq ancaq müəyyən bucaq altında sınır. Əks halda heç nə alınmır. Müşahidəçinin də harda dayandığı da vacibdir.

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR