Dərc edildi: Baxış sayı: 325
Almatı şəhərində 12 tibb işçisi koronavirusa yoluxub
Qazaxıstanın Almatı şəhərində 2 həkim və 10 tibb bacısı koronavirusa yoluxub.
“Report” “informburo.kz”a istinadən xəbər verir ki, məlumatı Almatı Şəhər İctimai Səhiyyə İdarəsi yayıb.
Bildirilib ki, tibb işçilərinin COVID-19-a yoluxması şəhərin stasionar xəstəxanalarından birində qeydə alınıb.
Aprelin 11-nə olan məlumata əsasən, Qazaxıstan üzrə ümumilikdə 859 yoluxma faktı aşkarlanıb. 10 ölüm hadisəsi baş verib.
Qeyd edək ki, Qazaxıstanda fövqəladə vəziyyət rejimi aprelin sonunadək uzadılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət