Dərc edildi: Baxış sayı: 588
Almaniyanın ən sevimli futbol klubu müəyyənləşib
“Report” “Statista”ya istinadən xəbər verir ki, azarkeşlər arasında aparılan sorğuda Dortmund “Borussiya”sı 52 faiz səslə birinci olub. Bu kluba nifrət edənlər 31 faiz təşkil edib.
Ölkənin ikinci ən sevimli klubu “Bavariya”dır. Lakin Münhen təmsilçisini bəyənənlərlə nifrət edənlərin nisbəti eynidir – 41 faiz. Sorğuda iştirak edənlərin 18 faizi isə son ölkə çempionuna münasibətdə neytrallıq nümayiş etdiriblər.
Qeyd edək ki, Almaniyanın ən titullu klubu “Bavariya”dır. Münhen təmsilçisi 18 dəfə ölkə çempionu olub, 10 dəfə gümüş medal qazanıb. Bu klub 18 dəfə Almaniya Kubokunun, 5 dəfə Çempionlar Liqasının qalibi olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət