Slimfit
  1. CƏMİYYƏT

Almaniyanın azərbaycanlı tibb elmləri doktorundan polisə təşəkkür və tövsiyələr

Almaniyanın azərbaycanlı tibb elmləri doktorundan polisə təşəkkür və tövsiyələr
Sakura

Almaniyanın azərbaycanlı tibb elmləri doktorundan polisə təşəkkür və tövsiyələr

 
Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev

“Yeni növ koronavirusun (COVID-19) Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədi ilə Prezident İlham Əliyevin qərarları Azərbaycan xalqının sağlamlığının dövlətimiz və dövlətçiliyimiz üçün nə qədər önəmli olduğunun bir daha bariz nümunəsidir. Nazirlər Kabineti yanında Operativ Qərargahın bu istiqamətdə bu günə qədər atdığı addımlar və o cümlədən ölkədə xüsusi rejimin qısa müddətdə tətbiq edilməsi birbaşa Azərbaycan vətəndaşlarını virus epidemiyasından qorumaq məqsədi daşıyır ki, bu da virusla mübarizə siyasətində Azərbaycanı Avropa ölkələri ilə müqayisədə bir daha önə çıxarır”.

Bunu “Report”a Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib.

O, təəssüf hissi ilə bildirib ki, Azərbaycanın bir sıra vətəndaşlarının bugünlərdə virusun ölkə ərazisində hansı sürətlə yayıla bilmə təhlükəsini və virusun törədə biləcəyi ağırlaşmaları dərk etməməsi halları çoxluq təşkil edir:

“Bu da həqiqətən öz növbəsində bunu dərk edən və hətta evdə oturaraq xüsusi rejimə əməl edən vətəndaşlar üçün də təhlükə yaradır. Bu insanlara həqiqətləri çatdırmaq məqsədi ilə bugünkü gün televiziyalarda, mətbuatda və sosial şəbəkələrdə aparılan maarifləndirmə işləri təqdirə layiq olsa da vətəndaşların buna əməl etməməsi hər bir xalqını və dövlətini sevən kəsi məyus edir”.

N.Abdullayev deyib ki, son günlər bu insanlarla mübarizədə həkimlərlə yanaşı, şərəfli mübarizəni Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları - Azərbaycan polisi də göstərir:

“Təəssüf hissi ilə hər kəs görür ki, bugünkü gün məsələnin ciddiyətini dərk etməyən vətəndaşların virus daşıyıcısı olmaq riskləri çoxdur və bu azmış kimi eyni zamanda şikayətləri olan zaman həkimə müraciət etmirlər, əksinə, tətbiq edilən qaydalara əməl etməyərək lazım olmadan evdən çölə çıxıb ictimai yerlərdə daha çox görünürlər. Belə olan halda isə onlarla birbaşa kontaktda həkimdən də çox Azərbaycan polisi olur. Bununla Azərbaycan polisi özünü daha da çox riskə atmış olsa da bugünlərdə bu insanlarla mübarizədə onlar həqiqətən nəzakət və vətəndaşa əsl sevgi nümunəsi göstərirlər. Bununla yanaşı polislərimizin Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq iş başında olarkən də vacib olan gigiyenik normalara əməl etmələri - əllərin təmiz saxlanılması və tez-tez yuyulması, insanlarla və öz aralarında da lazımı məsafənin saxlanılması, mümkün qədər əlcəklərdən və maskadan istifadə olunması və s. - nümunəvi və alqışlanan addımlardır. Polislərimiz iş saatı bitdikdən sonra da risk qrupundan olan insanlarla təmasda olduqlarını unutmamalı və işdən sonra da bütün gigiyenik tövsiyələrə əməl etməkləri çox vacibdir, çünki onlar da sonradan ailə üzvləri və ya yaxınları ilə kontaktda olurlar.

Bir həkim kimi dövlətinin və xalqının sağlamlığı üçün özünü və ailə üzvlərini riskə ataraq dövlətə və xalqa xidmət etməyin nə demək olduğunu başa düşərək Azərbaycan polislərinə bu şərəfli məsuliyyətlərində müvəffəqiyyətlər arzulayıram və xüsusi təşəkkürlərimi bildirirəm!”

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR