Slimfit
  1. MEDİA

Almaniyanın Azərbaycandakı səfiri Mixail Kindsqrab Gəncədə olub

Almaniyanın Azərbaycandakı səfiri Mixail Kindsqrab Gəncədə olub
Sakura

Almaniyanın Azərbaycandakı səfiri Mixail Kindsqrab Gəncədə olub

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Kindsqrabı qəbul edib. Görüş zamanı rəsmi qonağa sGəncənin tarixi, mədəniyyəti  və iqtisadiyyatı bardə geniş məlumat verilib.

Niyazi Bayramov bildirilib ki, Gəncədə 3 universitet və 3 kollec fəaliyyət göstərir. Şəhər əhalisinin üçdə bir hissəsini gənclər təşkil edir. Rəsmi qonağa Gəncənin sənaye potensialı haqqında da ətraflı məlumat verilib. Bildirilib ki, burada Gəncə Avtomobil Zavodu, “AzərAlüminium” ASC, “Gəncə Şərab - 2” kimi iri sənaye müəssisələri fəaliyyət göstərir, “Süni Mərmər və Qranit İstehsalı” zavodunun tikintisi davam etdirlir. Gəncənin tarixi və mədəniyyətindən söz açan şəhər rəhbəri, Alman izlərinə Gəncədə də rast gəlindiyini, Gəncə Dövlət Dram və Kukla Teatrlarının yerləşdiyi binaların vaxtı ilə almanlar tərəfindən inşa edildiyini diqqətə çatdırıb. O bildirib ki, alman yadigarlarına Gəncənin Cavab xan küçəsində də rast gəlinir.

Almaniyanın Azərbaycandakı səfiri Mixail Kindsqrab qeyd edib ki, səfərinin əsas məqsədi iki ölkə arasında mövcud olan əlaqələrin daha da genişləndirilməsidir. O, hər iki ölkə arasında olan tarixi əlaqələrdən söz açıb, Azərbaycanda alman mədəni irsinin qorunub saxlandığını, bunun da mövcud dostluq münasibətlərinin bariz nümunəsi olduğunu deyib. Görüşdə Azərbaycanla Almaniya arasındakı aqrar, iqtisadi, mədəni və tibb sahələrini əhatə edən əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Görüşdən sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Mixail Kindsqrab Gəncə Urban Mərkəzində təşkil olunan, Azərbaycanda alman irsinin izləri və memarlığına həsr edilən “Germanaijan” sərgisində iştirak ediblər.

İctimaiyyət nümayəndələrinin də qatıldığı sərgidə çıxış edən səfir Mixael Kindsqrab bildirib ki, sərgi Qafqaza köçən almanların əzmkarlığını, dözümlülüyünü və yaradıcılığını özündə əks etdirir. “Bu sərgi alman memarlığına həsr olunub. 200 il bundan öncə alman mühacirləri Azəbaycana gəliblər. Onların tarixi Gəncə və ətraf bölgələrin ərazisində başlayıb. İlk alman qəsəbələri, məntəqələri məhz burada yaranıb. Bu sərgi bizim bərabər olan keçmişimizi nümayiş etdirir. Sərgi çərçivəsində bu suala cavab axtarılır: kimdir bu insanlar və onlar müasir Azərbaycana nəyi miras qoyublar?”, - deyə səfir qeyd edib.

"Germanaijan" memarlıq mövzusunu xüsusi diqqət mərkəzində saxlayır. Sərginin mərkəzi əsəri Bakının siluetində alman izlərininin əhəmiyyətini qrafik vizuallaşdıran xəritədir. Kağız modellər isə seçilmiş binalar haqqında daha ətraflı məlumatlar verirlər.

Qeyd edək ki, sərgi Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının 200 illik yubileyi çərçivəsində təşkil olunub. Sərgi Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən, Almaniyanın Xarici İşlər Nazirliyinin “Mədəni irsin qorunması proqramı”, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və  Goethe-Zentrum Bakının dəstəyi ilə baş tutub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR