Slimfit
  1. SİYASƏT

Almaniyalı müşahidəçi Dağlıq Qarabağ münaqişəsindən danışdı

Almaniyalı müşahidəçi Dağlıq Qarabağ münaqişəsindən danışdı
Sakura

Almaniyalı müşahidəçi Dağlıq Qarabağ münaqişəsindən danışdı

Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk Qrupu, Avropa Şurasının müşahidə missiyası və beynəlxalq müşahidə missiyaları tərəfindən həll edilməlidir.

Oxu.Az xəbər verir ki, bunu bu gün keçirilən parlament seçkilərində müşahidəçi qismində iştirak etmək üçün Azərbaycana səfər edən beynəlxalq müşahidəçi, Azad Almaniya Universitetinin dosenti, professor Matthias Dornfeldt deyib. 

M.Dornfeld bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin qısa zamanda həll edilməsini arzu edir:

“Azərbaycanın Dağlıq Qarabağ məsələsi beynəlxalq qurumlar tərəfindən mütləq şəkildə həll edilməlidir. Müşahidəçi kimi iştirak etdiyimiz məntəqələrdə seçicilərlə ünsiyyət qurduq. Söhbət zamanı onların öz vətənlərinə geri qayıtmaq istədiklərini başa düşdük”.

M.Dornfeldt Dağlıq Qarabağ zonası üzrə seçki məntəqəsində olduğunu da deyib:

“Məni ən çox təsirləndirən seçki məntəqələrində Dağlıq Qarabağdan olan seçicilərin iştirak etməsi idi. Onlar bizə öz ağrı-acılı həyat hekayələrindən, öz torpaqlarından didərgin düşmələrindən danışdılar”.

M.Dornfeldt son olaraq Azərbaycanda keçirilən seçkilərdə artıq üçüncü dəfə müşahidəçi kimi iştirak etdiyini deyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR