Slimfit
  1. MEDİA

Almaniyalı deputat: “Azərbaycan tezliklə təbii qazın güclü ixracatçısı kimi Avropda özünü daha da yaxından tanıdacaq”

Almaniyalı deputat: “Azərbaycan tezliklə təbii qazın güclü ixracatçısı kimi Avropda özünü daha da yaxından tanıdacaq”
Sakura

Almaniyalı deputat: “Azərbaycan tezliklə təbii qazın güclü ixracatçısı kimi Avropda özünü daha da yaxından…

Almaniya parlamentinin deputatı, Azad Demakratlar partiyasının (FDP) rəsmi sözçüsü Marsel Luthenin “Report”un Berlin bürosuna müsahibəsi:

- Azərbaycan Avropa İttifaqı ilə son vaxtlar iki tərəfli layihələrdə əməkdaşlığı daha da genişləndirir. Bunun nperspektivi barədə nələr deyə bilərsiniz?

- Azərbaycan ən müasir dövlətlərdən biri kimi son illərdə böyük iqtisadi irəliləyiş nümayiş etdirib. İqtisadi yüksəliş və hüquqi əsasların hormoniyası fonunda Avropa Birliyi ilə qurulan əlaqələr hər iki tərəf üçün maraqlı və faydalıdır. Bu, Azərbaycanı yaxın Şərqdə Avropa Birliyinin daha da vacib ticari partnyoruna çevirə bilər. Hesab edirəm Avropa ölkələri, xüsusilə də Almaniya hökuməti bunun ciddi fərqindədir.

- Azərbaycan və Almaniya əlaqələrinin hazırki durumunu və perspektivini necə qiymətləndirirsiniz? Ümumiyyətlə azərbaycanın istər enerji istərsə də digər sahələrdə Avropa ilə münasibətləri barədə pozitiv nələr söyləmək olar?

- Təəssüf ki, Azərbaycan bir partnyor kimi alman ictimaiyyətində hələ də qədərincə tanınmayıb və mənim fikrimcə yaxın zamanda bu da öz müsbət həllini tapacaq. İki tərəfli maraqlar bu yöndə öz rolunu oynayacaq. Azərbaycan yaxın zamanda təbii qazın güclü ixracatçısı kimi Almaniya və Avropda özünü daha da yaxından tanıdacaq. Xüsusilə, Cənub Qaz Dəhlizi vasitəsilə infrastrukturun gücləndirilməsində Azərbaycanın böyük rol oynayacağını düşünürəm. Bizim fikrimizcə yaxın gələcəkdə Azərbaycan istər enerji, istərsə də digər layihələr üzrə Avropanın olduqca iri anlamda əvəzedilməz və həlledici tərəfdaşı olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR