Slimfit
  1. DÜNYA

Almaniyada "Uber"ə qadağa qoyulur

Almaniyada "Uber"ə qadağa qoyulur
Sakura

Almaniyada "Uber"ə qadağa qoyulur

Almaniyanın Frankfurt şəhərinin rayon məhkəməsi “Uber” texnologiya şirkətinin ölkədəki fəaliyyətinə qadağa qoyub.

APA-Economics”in “Vesti.ru”ya istinadən verdiyi məlumata görə, məhkəmənin qərarına əsasən, “Uber”in Almaniyada həyata keçirəcək hər bir qanunsuz səfəri üçün şirkət 250 avro ödəməli olacaq və təkrar pozuntular halında bu məbləğ 250 min avroya çatanadək artacaq.

“Uber” artıq məhkəmənin qərarına etiraz edəcəyini bildirib, lakin hələlik müştərilər şirkətin xidmətlərindən istifadə edə biləcəklər.

Qeyd edək ki, bundan əvvəl London hakimiyyəti “Uber”ə Böyük Britaniya paytaxtında fəaliyyət göstərmək üçün lisenziya verməkdə imtina etmişdi. Bundan başqa, şirkətin İstanbulda da fəaliyyəti dayandırılıb. Bu qərar İstanbul Məhkəməsi tərəfindən qəbul edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR