Slimfit
  1. DÜNYA

Almaniyada boş butulkalar üçün kampaniya başladı

Almaniyada boş butulkalar üçün kampaniya başladı
Sakura

Almaniyada pivə istehsalçıları ölkə sakinlərinə konteynerin çatışmazlığına görə boş butulkaları təhvil…

Almaniyada pivə istehsalçıları ölkə sakinlərinə konteynerin çatışmazlığına görə boş butulkaları təhvil verməyi xahiş ediblər.

Publika.az xəbər verir ki, bu haqda “Deutsche Welle” nəşri bildirib.

Yüksək temperatura görə tələbatın görünməmiş dərəcədə artması pivə istehsalçılarını çətin vəziyyətə salıb. Boş butulkaların qaytarılması xahişiylə ilk olaraq “Moritz Fiege” pivə zavodu çıxış edib. Daha iki şirkət “Veltins” və “Konig-Pilsener” sonradan belə addım atıb. Hər bir istehsalçının şəxsi unikal dizaynla qablaşdırmaya malik olması vəziyyəti daha da ağırlaşdırır.

Nəşrin məlumatına görə, Almaniyada havanın temperaturu bir neçə həftədir ki, 30 dərəcədən aşağı düşmür. Belə havanın avqustun əvvəlinə kimi davam edəcəyi proqnozlaşdırılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR