Slimfit
  1. ELM

Almaniyada “Azərbaycan keçmişdə və indiki zamanda” mövzusunda elmi konfrans keçirilib

Almaniyada “Azərbaycan keçmişdə və indiki zamanda” mövzusunda elmi konfrans keçirilib
Sakura

Almaniyada “Azərbaycan keçmişdə və indiki zamanda” mövzusunda elmi konfrans keçirilib

Аlmaniyanın Kotbus şəhərində yerləşən Brandenburq Texniki Universitetində Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyinin (VASW e.V) “Azərbaycan keçmişdə və indiki zamanda” mövzusunda növbəti elmi konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfirliyi ölkəmizin tarixi və mədəniyyəti, habelə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında kitablar və info–materiallar vasitəsilə konfransın gedişinə dəstək olub. Konfransda VASW–ın üzvləri, Almaniyanın aparıcı universitetlərində namizədlik dissertasiyası yazan azərbaycanlı doktorantlar, xarici tələbələr və digərləri iştirak ediblər.

VASW–ın İdarə Heyətinin üzvü Mehrin Nəzirova qonaqlara 30 il öncə xalqımızın başına gətirilən faciələrdən danışıb.

Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyinin sədri Seymur İbrahimov VASW-ın 2007–ci ildə təsis olunduğunu qeyd edib, 11 il ərzində görülən işlər barədə hesabat verib.

Fexta Universitetinin doktorantı Rəna Hüseynova “Azərbaycanda sosial işin peşə kimi inkişafı” mövzusunda, Humbolt Universitetinin doktorantı Asif Məsimov “Çar imperiyasının XIX əsrdə molokan və duxoborların misalında köçürmə siyasəti” mövzusunda, Humbolt Universitetinin doktorantı Məcid Amandi “Azərbaycan türkcəsi Cənubi Azərbaycanın ictimai-siyasi həyatında“ mövzusunda, Dr.Qurban Ələkbərov “Azərbaycan diasporunun tarixi” mövzusunda məruzə ediblər.

Konfrans interaktiv şəkildə davam etdirilib və fikir mübadiləsi aparılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR