Dərc edildi: Baxış sayı: 544
Almaniya XİN-in Şərqi Avropa, Qafqaz və Orta Asiya üzrə ofisinin rəhbəri Azərbaycanda səfərdədir
Almaniya XİN-in Şərqi Avropa, Qafqaz və Orta Asiya üzrə ofisinin rəhbəri Maykl Siebert Azərbaycana gəlib.
ONA-nın məlumatına görə, Almaniya XİN-in rəsmisi bu barədə öz “Twitter” səhifəsində yazıb.
Mingəçevirdə Ikinci Dünya Müharibəsi əsirlərinin məzarlığını ziyarət edən almaniyalı diplomat daha sonra GIZ təşkilatının məcburi köçkünlər üçün təşkil etdiyi seminara qatılıb.
Mayın 7-də Maykl Siebert Bakıda keçiriləcək Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələrdə iştirak edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət