Dərc edildi: Baxış sayı: 449
Almaniya XİN başçısı ÜST-ün maliyyələşdirilməsinin vacib olduğunu bildirib
Almaniya Xarici İşlər naziri Hayko Maas ABŞ Prezidenti Donald Trampın ÜST-ə maliyyə yardımını dayandırması qərarına münasibət bildirib.
Almaniya XİN başçısı "Twitter"də bildirib ki, başqalarını günahlandırmaq problemin həllinə kömək etmir.
“Koronavirus heç bir sərhəd tanımır. Biz COVID-19-a qarşı sıx əməkdaşlıq şəraitində çalışmalıyıq. Ən yaxşı sərmayələrdən biri BMT-ni gücləndirmək, ilk növbədə də testlərin və peyvəndlərin hazırlanması və paylanılmasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) maliyyələşdirilməsini gücləndirməkdir”, - deyə o qeyd edib.
Mənbə: Apa.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət