Dərc edildi: Baxış sayı: 520
Almaniya ÜST məsələsində ABŞ-ı dəstəklədi: “Pulların hara getdiyini tapmalıyıq”
Almaniyanın Səhiyyə naziri Yens Şpahn ABŞ Prezidenti Donald Trampın Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) qarşı tənqidlərini dəstəkləyib.
Bu barədə “Financial Times” məlumat yayıb.
Alman nazir “ÜST-ə verilən pulların hara getdiyini tapmalıyıq” ifadəsini səsləndirib.
“ÜST bəzi ölkələrdən daha az asılı olmalıdır. Lakin ilk növbədə, böhranın öhdəsindən gəlməliyik, daha sonra ÜST barədə danışmalıyıq”, - deyə Y.Şpahn bildirib.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət