Dərc edildi: Baxış sayı: 240
Almaniya üçün Rusiya ilə sərhəddə hərbi baza inşa edilir
Litva 2027-ci ilin sonuna kimi 4 minə qədər döyüşə hazır alman əsgərinin yerləşəcəyi hərbi bazanın tikintisinə başlayıb.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Röyters" agentliyi məlumat yayıb.
Məlumata görə, bu, II Dünya müharibəsindən sonra alman qoşunlarının xaricə ilk daimi yerləşdirilməsi olacaq.
Bildirilib ki, Almaniya ötən il Rusiya ilə həmsərhəd olan NATO və Avropa Birliyinə üzv dövlətdə qoşun yerləşdirməyə söz vermişdi. Almaniyanın müdafiə naziri Boris Pistorius bu qərarı Sovet hücumu zamanı Qərbi Avropanı müdafiə etmək üçün Soyuq müharibə dövründə müttəfiq qoşunlarının Qərbi Almaniyada yerləşdirilməsi ilə müqayisə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət