Slimfit
  1. DÜNYA

Almaniya Trampın ÜST-lə əlaqələri kəsmək qərarını "məyusedici" adlandırıb

Almaniya Trampın ÜST-lə əlaqələri kəsmək qərarını "məyusedici" adlandırıb
Sakura

Almaniya Trampın ÜST-lə əlaqələri kəsmək qərarını "məyusedici" adlandırıb

Almaniya ABŞ prezidenti Donald Trampın Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əlaqələri kəsmək qərarını "məyusedici" adlandırıb.

Ens.az Apa.az-a istinadən xəbər verir ki,bu barədə Almaniyanın Səhiyyə naziri Jens Spahn "Twitter" hesabında qeyd edib.

Səhiyyə naziri hər hansı dəyişiklik üçün ÜST-ün islahata ehtiyacı olduğunu bildirib.

Spahn Trampın son hərəkətini beynəlxalq səhiyyə üçün məyusedici geriləmə kimi xarakterizə edib: "Avropa İttifaqı aparıcı rolu götürməli və daha çox maliyyə dəstəyi verməlidir. Almaniyanın Aİ-yə sədirliyi dövründə bu, bizim əsas prioritetlərimizdən biri olacaq", nazir əlavə edib.

Qeyd edək ki, Prezident Donald Tramp mayın 29-da keçirdiyi mətbuat konfransında ABŞ-ın ÜST ilə əlaqələrini kəsdiyini bəyan edib və bu addımın ÜST-ün ilkin mərhələdə COVID-19-a qarşı mübarizədə kifayət qədər məsuliyyəli davranmaması ilə əlaqələndirib.

Xatırladaq ki, bir ay əvvəl Prezident Tramp ÜST-ə maliyyə yardımını dayandırıb. Mayın əvvələrində isə ÜST-ü Çinin  oyuncağı adlandıran ABŞ Prezidenti ÜST-də əsaslı islahatlar olmayacağı halda maliyyələşdirmənin dondurulmasının davamlı olacağını söyləyib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR