Dərc edildi: Baxış sayı: 687
Almaniya səfiri: “Respublika günün mübarək, Azərbaycan!”
Almaniyanın ölkəmizdəki səfiri Volfqanq Maniq Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə təbrik edib.
Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, səfir bu barədə “Twitter” səhifəsində yazıb.
“Respublika günün mübarək, Azərbaycan! Bu gün 1918-ci ildə - ilk Alman demokratiyası ilə eyni ildə - Rəsulzadə, Xoyski kimi cəsur insanlar tərəfindən Cümhuriyyətin yaradılmasını qeyd edirik. 1918-ci ildə qurulan dünyəvi və demokratik Respublika bugünkü Azərbaycan Respublikasının əsasını qoyub”, - deyə diplomat qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət