Slimfit
  1. SİYASƏT

Almaniya səfiri: 'COVID-19-a qarşı mübarizədə Azərbaycanı dəstəkləməyə hazırıq'

Almaniya səfiri: 'COVID-19-a qarşı mübarizədə Azərbaycanı dəstəkləməyə hazırıq'
Sakura

Almaniya səfiri: 'COVID-19-a qarşı mübarizədə Azərbaycanı dəstəkləməyə hazırıq'

Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi Azərbaycanın özəl sektoruna maliyyə yardımı göstərməyə hazırdır.

Report” xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq bildirib.

Səfir koronavirus pandemiyasının daha çox özəl sektorda fəsadlar törətdiyini bildirib: "Bunu nəzərə alaraq, Nazirlik tərəfindən “Cavab fondu” adı ilə kiçik özəl sahibkarlığa dəstək proqramı tətbiq edilib. Bu fondun yardımlarından həm Almaniya, həm də Azərbaycan sahibkarları bəhrələnə bilərlər”.

Proqram barədə daha ətraflı şəkildə Almaniya-Azərbaycan Ticarət Palatasının “Facebook” səhifəsindən məlumat almaq olar.

Diplomat iki ölkə arasında möhkəm siyasi, iqtisadi, mədəni əlaqələrin bərqərar olduğunu da dilə gətirib: “Mən Heydər Əliyev Mərkəzinin üzərində Almaniya bayrağının işıqlı təsviri ilə ifadə etdikləri dəstəyə görə Azərbaycana təşəkkür edirəm. COVID-19 pandemiyası dövründə sağlam qalmaq başlıca vəzifədir. Həmçinin iqtisadiyyatdakı töhfələr də mühüm əhəmiyyət daşıyır. Almaniya səfirliyi bu məsələdə Azərbaycana hər cür yardım göstərməyə hazırdır”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR