Dərc edildi: Baxış sayı: 470
Almaniya qaz idxalının şaxələndirilməsində maraqlıdır
AFR xarici işlər naziri Hayko Mas bəyan edib ki, Berlin Ukrayna ərazisindən keçməklə qaz tranzitini “Şimal axını-2” qaz kəməri istifadəyə veriləndən sonra da davam etdirməkdə maraqlıdır.
AZƏRTAC xəbər verir ki, Berlin “Şimal axını-2” kəməri barədə öz mövqeyini dəyişmədiyini elan edib. Hayko Mas bildirib ki, onun ölkəsinin bu qaz kəmərinin tikintisi layihəsindən çıxması Ukrayna iqtisadiyyatına yalnız ziyan vurardı.
Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert isə, öz növbəsində, bu marşrutu “siyasi miqyaslı sahibkarlıq layihəsi” adlandırıb və o da həmin layihənin reallaşdırılmasında Almaniyanın iştirak edəcəyini təsdiqləyib
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət