Slimfit
  1. DÜNYA

Almaniya Putinin qızıl məsələsində haqlı olduğunu bildirir

Almaniya Putinin qızıl məsələsində haqlı olduğunu bildirir
Sakura

Ölkə vətəndaşları "yetərli qədər yaxşı" yaşamırlar

Rusiya Prezidenti Vladimir Putinin qızıl ehtiyatlarının yığımı üzrə strategiyası, COVID-2019 pandemiyası zamanı ən effektiv olduğunu sübut etdi. Ens.az bildirir ki, bu barədə nüfuzlu Die Welt nəşri  məlumat verib.

Jurnalist qızıl ehtiyatlarının ölkə üçün bir  tələ olmasından bəhs edən "Vladimir Putinin ölümcül qızıl hərisliyi” başlıqlı ötənilki məqaləsində səsləndirdiyi fikirlərdə yanlışlığa yol verdiyini bildirib.

Putin Rusiya ehtiyatlarının Amerika dollarına olan asılılığını azaltmaq istədi və qızılın köməyi ilə bu geosiyasi vəzifəni məharətlə yerinə yetirdi, - deyə nəşr bildirir.

Bununla yanaşı,Şsepits əlavə etdi ki, buna baxmayaraq Rusiya iqtisadiyyatı yerində saymaqda davam edir və ölkə vətəndaşları "yetərli qədər yaxşı" yaşamırlar. O, hesab edir ki, bundan sonra da Putin qızıl və valyuta ehtiyatları qurmağa davam edəcək,  çünki həmişə qızıl üçün alıcının olacağına inanır.

Qeyd olunur ki, 7 avqust 2020-ci il tarixinə qızıl və valyuta ehtiyatları 600,7 milyard dollar təşkil edir.

Bu arada,  Rusiya mətbuatının yazdığına görə, avqustun 1-nə olan Rusiyanın daxili borcu rublla10.7 trilyon (ÜDM-in 10% -i) təşkil edir. 1 iyul tarixinə xarici borc - 3,7 trilyon rubldur. Mütəxəssislər iqtisadiyyat üçün kritik səviyyənin borcun ÜDM-ə nisbətinin 60% olduğunu, inkişaf etməkdə olan ölkələr üçün bu rəqəmin 40% olduğunu vurğulayırlar.

Mənbə: news.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR