Dərc edildi: Baxış sayı: 238
Almaniya Kiyevə müasir helikopterlər göndərəcək
Almaniya Ukraynaya altı ədəd çoxməqsədli “Sea King” helikopteri çatdırmağı vəd edib.
Ens.az Report.az-a istinadən xəbər verir ki,bu barədə Almaniya Müdafiə Nazirliyinin rəsmi "X" hesabında məlumat verilib.
Lakin çatdırılmanın nə vaxt baş tutacağı qeyd olunmayıb.
Almaniyanın müdafiə naziri Boris Pistorius isə bildirib ki, “Sea King” müasir və etibarlı helikopterdir:
“Helikopter ukraynalılara Qara dəniz üzərində kəşfiyyatdan tutmuş əsgərlərin daşınmasına qədər müxtəlif sahələrdə kömək edəcək”.
Onun sözlərinə görə, Almaniyanın hava təhlükəsizliyinin təmin edilməsi prioritet olaraq qalır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət