Slimfit
  1. GÜNDƏM

Almaniya bankı “Palmali Holdinq”in 6 gəmisinə həbs qoydurub

Almaniya bankı “Palmali Holdinq”in 6 gəmisinə həbs qoydurub
Sakura

Almaniya bankı “Palmali Holdinq”in 6 gəmisinə həbs qoydurub

FETÖ terror təşkilatının üzvü olması iddiası ilə İstanbul Baş Prokurorluğu tərəfindən başladılan istintaq çərçivəsində bu il martın 15-də tutulan və martın 17-də Silivri Qapalı Həbsxanasına göndərilən Mubariz Mənsimov idarə heyətinin sədri olduğu “Palmali Holdinq”in son iki ildə bazarlara və banklara olan borclarına görə “Borc spiral”na düşüb.

Report” bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, 2006-cı ildə “Palmali Dry Holding” və “Palmali Holding” 6 yük gəmisini satın alması üçün dünya dənizçilik sektoruna verdiyi kreditlərlə tanınan və keçmiş adı “HSH NORDBANK” olan, hazırda isə mərkəzi Almaniyada yerləşən Hamburg Ticarət Bankından (HC BANK) kredit götürüb.

Bank kredit borcunun ödənməməsinə görə yaranan 27 milyon ABŞ dolları qarşılığında 2007-ci il istehsalı olan “M/V NAKHCHIVAN”, “M/V ISMAYIL SHIKHLY”, “M/V SHIRVAN”, “M/V RIAD AHMEDOV”, “AKHMED MAHMUDOV” və 2006-cı il istehsalı olan “M/V MIRZAAGA KHALILOV” yük gəmilərinə həbs qoyub.

“HC BANK”ın rəsmilərinin “Palmali Holdinq”ə göndərdiyi rəsmi məktubda 2006-cı ildən bəri borcun 5 dəfə restrukturizasiya edildiyini və 2018-ci ilin I rübündən bəri isə, ümumiyyətlə, borcların ödənmədiyinə görə kreditlərin geri çağırılmasına qərar verildiyi və gəmilərin ən qısa müddətdə banka təhvil verilməli olduğu qeyd edilib.

Qeyd edək ki, dünyanın ən böyük quru yük və kimyəvi tanker donanmasına sahib olduğu iddia edilən və donanmasında 200 gəminin olduğu bildirilən “Palmali Holdinq”in rəsmi gəmi qeydiyyatında 27 gəmi var. Beləliklə, şirkətin 6 yük gəmisini Almaniya bankına təhvil verməsi ilə donanmasındakı gəmi sayı 21-ə, yükdaşıma qabiliyyəti isə 100 min ton dedveytə enib.

Belə ki, 2018-ci ildə Rostov Arbitraj Məhkəməsi “Palmali Holding”in mərkəzi Maltada yerləşən törəmə şirkəti “Palmali Rostov LLC”in “Sberbank”a olan 220 milyon ABŞ dollarlıq borcuna qarşı şirkətin 52 gəmisinə həbs qoymuşdu.

“Palmali Holdinq”in bazarlara, yanacaqdoldurma maşınlarına, gəmi istehsalçılarına və banklara təxminən 600 milyon ABŞ dolları borcu olduğu bildirilir.

Bundan başqa, "Palmali Holdinq"in sədri Mübariz Mənsimovun təxminən 100 milyon ABŞ dolları dəyərindəki aktivləri üzərində banklardan başqa, sələmçilər də həbs qoydurub.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR