Slimfit
  1. DÜNYA

Almaniya ağır şəraitli düşərgələri yenidən aça bilər

Almaniya ağır şəraitli düşərgələri yenidən aça bilər
Sakura

Almaniya ağır şəraitli düşərgələri yenidən aça bilər

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində qaçqın düşərgəsi kimi fəaliyyət göstərən köhnə universitet və məktəb binlarının təmirinə başlanılıb, bir neçə il əvvəl bağlanan ağır şəraitli düşərgələr yenidən açıla bilər. 

Report”un Avropa bürosunun məlumatına görə, koronavirus səbəbindən “Dublin anlaşması”ı ilə bağlı sığınacaq axtaranların deportasiya edilməsinin qeyri-müəyyən vaxtadək təxirə salınması və Türkiyədəki qaçqınların Yunanıstan vasitəsilə Almaniyaya gəlməsi ölkəni ikinci qaçqın axını təhlükəsi ilə üz-üzə qoyub.

Belə obyektlərdən ikisi Bonn şəhərində yerləşir. Ötən gün Azərbaycandan olan qaçqınların da qaldığı, əvvəllər universitet korpusu olmuş binanın boş otaqlarına çarpayılar düzülüb, qəbul, yoxlama məntəqələri yaradılıb, ümumi mətbəx və yeməkxana təmir olunub.

Düşərgədə normal şəraitin olmamasından, sanitar-gigiyenik qaydalara əməl edilməməsindən şikayət edənləri narahat edən ikinci vacib məsələ kamp rəhbərliyinin qərarı ilə bir otağın iki və ya daha çox ailəyə verilməsidir. 

 

 

Kamp sakinləri iddia edirlər ki, rəhbərliyin absurd qərarlarından biri də müharibə vəziyyətində olan ölkələrdən gələnlərin eyni otağı bölüşməyə məcbur edilməsidir. Məsələn, Azərbaycan və Ermənistan, Pakistan və Hindistan, Ukrayna, Gürcüstan və Rusiyadan olan sığınacaq axtaranların bir otaqda saxlanılması Almaniyanın 1951-ci ildə imzaladığı Cenevrə Konvensiyasına ziddir.

Bonnda kamp və yataqxana kimi istifadə edilən məktəb binasının həyətinə səyyar hamam və tualet konteynerləri gətirilib, otaqlara əlavə yataqlar qoyulub. Kampda qalan sığınacaq axtaranların sayını azaltmaq məqsədi ilə aralarında Azərbaycan vətəndaşlarının da olduğu, barəsində deportasiya qərarı olan şəxslər isə Almaniyanın Bavariya əyalətinin Deggendorf şəhərində yerləşən deportasiya mərkəzinə göndəriblər.

Məlumat üçün bildirək ki, hazırda Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində 2015-2017-cı illərdə kamp kimi istifadə edilən 90-a yaxın məktəb binası, idman zalı və universitet korpusu var.

Binlardakı ağır şərait, qaçqınlar arasında yoluxucu xəstəliklərin yayılması səbəbindən 2018-2019-cu illər ərzində federal idarə məhkəmələri bu obyektlərin bağlanması üçün qərar çıxarıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR