Dərc edildi: Baxış sayı: 621
Almaniya 7 ildə ABŞ ordusuna çəkdiyi xərci açıqladı
Almaniya hökuməti ölkə ərazisində məskunlaşan ABŞ ordusu üçün son 7 il ərzində ümumilikdə 243 milyon avro xərcləyib.
Axar.az xəbər verir ki, bu barədə məlumat Almaniya Maliyyə Nazirliyinin Sol Partiyasından olan deputat Briqitte Frayxoldun sorğusuna cavabında yer alıb.
Xərclər sırasına həmçinin kommunal xidmətlər və digər ödənişlər də daxil edilib.
Qeyd edək ki, Almaniyada ümumilikdə 35700 ABŞ hərbçisi var. ABŞ hərbçiləri Reynland-Pfalçe, Bavariya, Baden-Vyurtemberq, Qessen bölgələrində yerləşdiriliblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət